Sahibkarların kredit müraciətlərinin poçt operatorları vasitəsilə qəbul edilməsi maliyyə xidmətlərinə əlçatanlığın artırılması baxımından yeni imkan kimi qiymətləndirilir. Bəs bu mexanizm nə dərəcədə effektivdir və rəqəmsal müraciət imkanlarını əvəz edə bilərmi?
Cagdas.az bildiriri ki Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit müraciətlərinin poçt vasitəsilə qəbulu bankların elektron müraciətləri qəbul etməsinə mane olmur. Bu, sadəcə, sahibkarlar üçün əlavə bir imkandır.
Onun sözlərinə görə, kredit müraciətinin təqdim edilməsi yalnız ərizənin göndərilməsindən ibarət deyil. Sahibkar öz fəaliyyəti ilə bağlı sənədləri, biznes-planını, gəlirlərini və hesabatlarını da banka təqdim etməlidir.
Ekspert qeyd edib ki, bəzi sənədləri elektron formada göndərmək mümkün olsa da, bu məsələ bankların kredit qaydalarından asılıdır. Bəzi banklar sənədləri elektron qaydada qəbul etməyə bilər və onların fiziki şəkildə təqdim olunmasını tələb edə bilər.
Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bankın sahibkarlara sənədləri poçt vasitəsilə də göndərmək imkanı yaratması ilə bağlı yanaşmasında ciddi bir problem görmür.


