Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Ev almaq istəyənlərin NƏZƏRİNƏ! “Bu ərazilərdə qiymət ucuzlaşacaq” – Ekspert

Cəmiyyət

Uzun müddətdir əmlak bazarından davam edən qiymət artımında son günlər durğunluq müşahidə olunur. Hazırda əmlak bazarında müşahidə olunan canlanmaya səbəb qiymətlərin enməsi və stabilliyidir. Paytaxtın müxtəlif ərazilərində həm yeni, həm də köhnə tikililərdə ucuzlaşma başlayıb.

CAgdas.az bildirir ki,mövzu ilə bağlıəmlak eksperti Elnur Fərzəliyev bildirib ki, artıq neçə ildir əmlak bazarında davam edən bahalaşma alıcıları narahat etməyə başlamışdı. Ekspertin sözlərinə görə, bu bazarda alıcılıq qabiliyyətini də aşağı salmışdı:

“Paytaxtın mərkəz ərazilərində qiymətlər stabilləşsə də, ətraf ərazilərdə hazırda qiymət enmələri müşahidə olunur. Bu da alıcı qıtlığı ilə əlaqədardır. Çünki son illər qiymətlər fantastik dərəcədə qalxmışdı və hətta ucuz hesab etdiyimiz yerlərdə də evlər bahalaşırdı. Son günlər isə qiymətlərdə stabilləşmə və hətta bir neçə yerdə enmə müşahidə olunur. Bura Bakının ətraf əraziləri daxildir. Mərkəzdən fərqli olaraq ərtaf ərazilərdə qiymətlərdə cüzi enmələr var”.

E.Fərzəliyevin sözlərinə görə, mərkəzi ərazilərdə olan ev qiymətlərindəki durğunluq qiymətlərin sabitləşməsinə səbəb olub. Ekspert hesab edir ki, proses bu şəkildə davam edərsə qiymətlərin daha da enməsi mümkündür:

“Gələcəkdə müştərilərin az olması və qiymətlərin də stabil olaraq qalması yaxın müddətdə qiymətlərin qismən, yəni 10-15 faizə qədər enməsi ilə nəticələnə bilər”.(tribunainfo.az)