Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 330 nəfəri ötdü

Dünya

Şri-Lankada daşqınlar yüzlərlə insanın ölümünə və çoxlu itkin düşməsinə səbəb olduqdan sonra fövqəladə vəziyyət elan edib.

“Cagdas.az” xarici KİV-ə istinadən bildirir ki, Şri-Lankada dağıdıcı sel və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 330 nəfəri keçib. Ölkə son illərin ən ağır hava fəlakətlərindən biri ilə mübarizə aparır.

“Fəlakətlərin İdarə Edilməsi Mərkəzi” tərəfindən bildirilib ki, 200-dən çox insan itkin düşüb, 20 minə yaxın ev dağılıb, 108 min insan dövlətin müvəqqəti sığınacaqlarına göndərilib.”

Rəsmilər bildiriblər ki, “Ditva” tropik fırtınasından sonra fövqəladə vəziyyət elan edildiyi üçün ölkənin təxminən üçdə birində elektrik enerjisi və su verilməsi kəsilib.

Mərkəzi Şri-Lankadan olan bir qadın BBC-yə bildirib ki, yaşadığı ərazidə 15-ə yaxın ev daş və palçıq altında qalıb. Onun sözlərinə görə, sakinlərdən heç biri sağ qalmayıb.

Ən çox ölüm halı Kandi və Badullada qeydə alınıb, burada bir çox ərazilərlə əlaqə qurmaq hələ də mümkün deyil.