Son dəqiqə

Bakı Dövlət Universitetində 25milyonluq layihə

İqtisadiyyat

BDU-nun bu binasında təmir işləri aparılacaq – 25 milyonluq layihə

Bakı Dövlət Universiteti 1 nömrəli tədris binasında genişmiqyaslı əsaslı təmir işləri planlaşdırır.

Cagdas.az xəbər verir ki, təmir ediləcək bina Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşir və 10 mərtəbəli, zirzəmili konstruksiyaya malikdir.

Layihənin həyata keçirilməsi üçün 25 milyon 69 min 900,04 manat məbləğində vəsait nəzərdə tutulub. Təmirin əsas məqsədi binanın müasir standartlara uyğunlaşdırılması və tədris şəraitinin yaxşılaşdırılmasıdır.

Tender 8 dekabr tarixinə qədər davam edəcək./Valyuta.az/