Son dəqiqə
Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər… 850 yerlik məktəbdə 2552 şagird oxuyur Prezident Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO

Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır

İqtisadiyyat

Son günlərdə investorların davranışlarındakı kəskin dəyişiklik qızılı ucuzlaşdırır.

Cagdas.az xəbər verir ki, investorlar səhmləri kütləvi şəkildə satır, əvəzində dövlət istiqrazlarına, o cümlədən ABŞ dövlət borc sənədlərinə sərmayələri artırıblar. Bu davranış dolları bahalaşdırmaqla yanaşı, qızılın da dəyərdən düşməsinə səbəb olur.

Bu gün son 3 ayda ilk dəfə olaraq qızılın qiyməti 4000 dollardan aşağı düşüb. Qiymətli metal cümə axşamı günü qeydə alınan təxminən 3 faizlik azalmanın ardından, cümə günü də enişini davam etdirib. Qızıl 0,9 faiz ucuzlaşaraq bir troya unsiya üçün 3 min 990 dolların altına enib və beləliklə, iyul ayının ortalarından bəri ən aşağı səviyyəni görüb. Lakin daha sonra o, itkilərinin bir hissəsini kompensasiya edə bilib.

İnvestorların süni intellekt yönümlü şirkətlərdən çıxaraq ABŞ dövlət istiqrazlarına yönəlməsi ilə cümə günü birjalarda satış dalğası daha da dərinləşib. ABŞ xəzinədarlıq istiqrazları isə əvvəlki sessiyada qazandığı mövqeyi böyük ölçüdə qoruyub saxlayıb.

İnvestorlar ABŞ iqtisadi artımının əsas hərəkətverici qüvvələrindən biri olan süni intellekt investisiyalarının davamlılığı barədə getdikcə daha çox narahatlıq keçirirlər. Bu vəziyyət investorların yeni bir faiz artımı ilə bağlı gözləntilərini azaldır.

Qızılın ucuzlaşması Azərbaycan üçün yaxşı xəbər deyil. Çünki Azərbaycan Neft Fondunun aktivlərinin önəmli hissəsi qızılda saxlanılır. 2026-cı ilin oktyabrın 1-nə aid olan məlumata əsasən, Neft Fondunun 178,1 ton qızılı var. Sentyabrın son günündə qızılın qiyməti 4180 dollar təşkil edib. Hazırda qiymət bundan 3,8 faiz azdır. Bu o deməkdir ki, Neft Fondunun sahib olduğu qızılın dəyəri təxminən 909 milyon dollar azalıb.

Qızılın qiymətindəki dəyişikliyin Neft Fondunin aktivlərinə təsirini qızılın qiymətinin yüksək olduğu yanvar-fevral ayları ilə müqayisədən də görmək olur. Həmin dövrdə Fondun aktivlərinin dəyəri 79-79,5 milyard dollar arasında dəyişib. Bu dövrdə qızılın qiyməti 4900-5200 dollar səviyyəsində idi.

Amma oktyabrın 1-də aktivlərin həcmi 74 milyard dollara düşüb. Bunun əsas səbəbi qızılın dəyərinin 4180 dollar olmasıdır.

Göründüyü kimi qızılın ucuzlaşması Neft Fondunun aktivlərinin dəyərinə ciddi təsir edir.\sfera.az\