PAF Liqasında keçirilən “Fənərbaxça” – “Qalatasaray” derbisi xaosa səbəb olub.
“Cagdas.az” Türkiyə mediasına istinadən bildirir ki, Super Liqanın 14-cü turunda keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” derbisi öncəsi PAF Liqasında U-19 komandaları arasında gərginlik yaşanıb. Matç “Fənərbaxça”nın son qolu sayəsində 2:1 hesabı ilə başa çatsa da, final fitindən sonra futbolçular arasında toqquşma yaşanıb.
Fənərbaxça və Qalatasaray super liqanın 14-cü həftəsində Kadıköydə qarşılaşacaqlar. Hər iki komandanın U19 komandaları həlledici oyundan əvvəl PAF Liqasında qarşı-qarşıya gəlib. Fənərbaxça, bu matçı 2-1 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın 89-cu dəqiqəsində “Fənərbaxça” 2-1 önə keçib. Qoldan sonra böyük sevinc yaşayan fənərbaxçalı oyunçular ilə qalatasaraylı oyunçular arasında gərginlik yaranıb.
Cagdas.az həmin anın görüntülərini təqdim edir:
















