Əsir düşən Rusiya hərbçilərinin qətlində iştirak edən Ukrayna Silahlı Qüvvələri əsgərlərinin adları açıqlanıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 6 əsgəri əsir götürülmüş 14 Rusiya hərbçisinə qarşı zorakılıqlarda iştirakında və qətlində ittiham olunub. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Cagdas.az xarici KİV-ə istinadən bildirir ki, dekabrın 5-də İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Mariupolda Ukrayna əsgərlərinin mülki əhaliyə və Rusiya hərbçilərinə qarşı törətdiyi cinayətləri araşdıran qərargahın əməliyyat müşavirəsi keçirib. Görüş zamanı ona məlumat verilib ki, İstintaq Komitəsinin əməkdaşları 2022-ci ildə Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinin əsgərlərinə qarşı törədilmiş qətliamlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin iştirakına dair sübutların toplanması prosesi başa çatıb.
Müşavirə nəticəsində “ S.Veliçko , K.Nemiçev , V.Posoxov, S.Yanqolenko, A.Yanqolenko və A.Subaçevə qarşı qiyabi ittiham irəli sürülüb ”, – deyə mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, həmin ukraynalı hərbçilər beynəlxalq axtarışa verilib.
2025-ci ildə Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Konstantin Nemiçev və Sergey Veliçkonun yerinin müəyyən edilməsi barədə məlumat verənə bir milyon rubl mükafat vəd edib. Hər iki şəxs “Azov” batalyonunun Xarkov bölməsinin (terrorçu və ekstremist kimi tanınan, Rusiyada qadağan edilmiş təşkilat) keçmiş fəalları və “Kraken” qrupunun üzvləridir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Donetsk Xalq Respublikasında mülki şəxslərə və ev heyvanlarına qarşı zorakılıqda ittiham olunub.


