Son dəqiqə

Avropa Türkiyəni NATO müttəfiqi kimi yalnız öz maraqlarına uyğun gələndə xatırlayır

Dünya

Avropada Rusiyanın hərbi uğurları ölkələri təşvişə salıb və onların təhlükəsizliyi Türkiyə olmadan mümkün deyil anlayışını gücləndirib.

Cagdas.az-ın Türkiyə mətbuatına istinadən bildirir ki, Avropa Türkiyəni NATO müttəfiqi kimi yalnız öz maraqlarına uyğun gəldiyi hallarda xatırlayır.

Qəzetin müəllifi Tunca Bengin məqaləsində Avropa tərəfindən nümayiş etdirilən ikili standartlara diqqət çəkib:

“NATO üzvü olan ölkələr tərəfindən təşkil olunan hər cür hiylə, sui-qəsd və çevriliş cəhdlərini, terrorla mübarizəyə maneə törədən embarqoları yaşadıq. Hava hücumundan müdafiə sisteminə ehtiyacımız olduğu zaman bizimlə maraqlanmadılar, üstəlik, sahib olduğumuz az sayda Patriot komplekslərini də geri götürdülər. Bir vaxtlar Türkiyəyə embarqo tətbiq edənlər indi Rusiyadan qorxduqları üçün Türkiyə müdafiə sənayesinin NATO-nun çəkindirmə potensialını gücləndirdiyini ikiüzlü şəkildə bəyan edirlər. Görünür ki, ittifaqımızı yalnız ehtiyac duyanda xatırlayırlar,” — deyə Bengin bildirib.

O həmçinin əlavə edib ki, ötən həftə NATO-nun xarici işlər nazirlərinin toplantısında təşkilatın Baş katibi Mark Rutte də Türkiyə müdafiə sənayesinin Alyansın çəkindirici gücünü artırdığını vurğulayıb.