• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.4° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Abituriyentlərlə bağlı yeni tələ: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - Video

28 May, 26 / 11:17
A A

Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər.

Çağdaş.Az xəbər verir ki, son günlər xüsusilə “TikTok” və “Instagram” platformalarında “Qəbul ballarını artırırıq, magistr və dövlət qulluğu imtahanlarına dəstək oluruq” başlıqlı saxta paylaşımlar edilir. İmtahanlarda zəif nəticə göstərən abituriyentləri və onların valideynlərini hədəf alan bu şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə etdiklərini iddia edirlər.

Məsələ ilə bağlı paytaxt sakinləri və valideynlər də narahatlıqlarını ifadə ediblər. Onlar uşaqların öz əziyyətləri ilə oxuduqlarını vurğulayaraq, qeyri-qanuni yollarla bal artırılması ilə bağlı vədlərə qətiyyən inanmadıqlarını və bu cür halların inkişaf etmiş bir ölkədə mümkün olmadığını bildiriblər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

“Əgər abituriyent imtahanda zəif nəticə göstəribsə, onun qəbul və ya buraxılış balına hər hansı formada müdaxilə edilməsi qeyri-mümkündür. Aşağı bal toplayan şəxslərin valideynləri bu yalanlara aldanaraq müəyyən ödənişlər edirlər, sonradan isə həmin elanları paylaşan şəxslər yoxa çıxırlar. Vətəndaşlar belə qeyri-qanuni addımlardan uzaq durmalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.

Dövlət İmtahan Mərkəzi (DİM) də mövzu ilə bağlı sorğuya cavab olaraq vətəndaşlara xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, imtahanlardan sonra bu növ qeyri-real çağırışlarla dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsinə cəhdlər olunur:

“Vətəndaşlar diqqətli olmalı və sosial şəbəkələrdəki bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər”.

Mütəxəssislər əlavə edirlər ki, cinayətkar şəxslər inam yaratmaq üçün saxta profillər açaraq paylaşımların altında “bizə kömək edildi” tipli rəylər yazırlar. Aldadılma faktı ilə üzləşən istifadəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Ekspertlər xüsusilə xəbərdarlıq edirlər ki, bank kartlarının şəkillərini və ya şəxsi məlumatları bu cür fırıldaqçılara göndərmək olduqca təhlükəlidir.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində - FOTOLAR

May 28, 2026
Cəmiyyət

İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub

May 28, 2026
Cəmiyyət

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

May 28, 2026
Cəmiyyət

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

May 27, 2026
Cəmiyyət

Azərbaycanda bayram tətili başladı

May 27, 2026
Cəmiyyət

Azərbaycanda Qurban bayramı qeyd edilir

May 27, 2026

XƏBƏR LENTİ

İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində - FOTOLAR

28 May, 26 / 13:27

İlham Əliyev Abiy Əhməd Əlini təbrik edib

28 May, 26 / 13:06

“Heç bir güzəşt olmayacaq, müharibə başlayacaq” – Tramp İranı “mat” etdi

28 May, 26 / 12:47

Virus sürətlə yayılır... - Sərhədi bağladılar

28 May, 26 / 12:28

BMT-dən qorxunc proqnoz: Su böhranı böyüyür

28 May, 26 / 12:09

“Vaxtı çatanda bu seçimi edəcəyik” – Paşinyan

28 May, 26 / 11:55

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama

28 May, 26 / 11:36

Abituriyentlərlə bağlı yeni tələ: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - Video

28 May, 26 / 11:17

Avtomobil bazarında gözlənilən geriləmə — Ən çox bu markalar ucuzlaşacaq

28 May, 26 / 10:58

Əli Nağıyev MDB iclasında iştirak etdi

28 May, 26 / 10:39
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.