ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) vurulmuş “Apache” helikopteri ilə bağlı insidentə cavab olaraq İrana qarşı həyata keçirilən zərbələrin başa çatdığını bəyan edib.
Çağdaş.Az xəbər verir ki, bu barədə komandanlığın rəsmi açıqlamasında bildirilir.
Məlumata görə, hərbi əməliyyat zamanı İslam Respublikasının Hörmüz boğazı yaxınlığında yerləşən radiolokasiya stansiyaları (radar), hava hücumundan müdafiə (HHM) sistemləri və yerüstü idarəetmə məntəqələri hədəfə alınıb./Musavat.com/
















