Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

ABŞ Prezidenti Tramp bu iki ölkəni barışdırdı

Dünya

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ruanda və Konqo Demokratik Respublikası arasında sülh müqaviləsi imzalanıb.

Cagdas.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə ABŞ Sülh İnstitutunda keçirilən imzalanma mərasimində Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Tşisekedi, Ruanda prezidenti Paul Kaqame ilə yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Seneqal kimi region ölkələrindən nümayəndələr iştirak ediblər.

İmzalanma mərasimindəki çıxış edən Tramp prezident Tshisekedi və prezident Kaqameyə ayrı-ayrılıqda təşəkkür edib və onilliklərdir davam edən müharibəyə son qoyduğu üçün çox xoşbəxt olduğunu bildirib. “Bu gün əla gündür. Afrika üçün əla gündür, dünya və bu iki ölkə üçün çox mühüm gündür. Onların bu gün fəxr edəcəkləri çox şey var. Mən hər iki ölkə liderinə təşəkkür etmək istəyirəm”, – deyə Tramp bildirib.

Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasındakı münaqişənin dünyanın ən uzun münaqişələrindən biri olduğunu və 10 milyondan çox insanın həyatına son qoyduğunu bildirən Tramp: “Bu münaqişəyə son qoymaq üçün tarixi bir razılaşma imzalamaq üçün ABŞ Sülh İnstitutunda toplaşmışıq. Bu gün onilliklər boyu davam edən zorakılığa və qan tökülməsinə son qoyacağımıza və KDR ilə Ruanda arasında yeni bir dövrə qədəm qoyacağımıza söz veririk”./Referans MEDİA/