Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

ABŞ prezidenti Tramp: “İran razılaşma əldə etmək istəyir”

Dünya

ABŞ prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini iddia edib.

Çağdaş.Az bildirir ki, Tramp sosial media hesabında İranla davam edən danışıqlar barədə şərhlər verib.

Tramp bildirib ki, “İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu razılaşma həm ABŞ-a, həm də bizimlə işləyənlərə fayda verəcək”.

Digər tərəfdən, Tramp Demokratların və bəzi Respublikaçıların prosesi daim tənqid etdiyini qeyd edərək, onun bəzən daha sürətli, bəzən isə daha yavaş hərəkət edəcəyinin gözlənildiyini bildirib.

Bu cür tələblərin və şərhlərin onun işini daha da çətinləşdirdiyini qeyd edən Tramp, hər şeyin yaxşı olacağını bildirib.

Başqa bir paylaşımda Tramp CNN-in İrana təqdim edilən saziş layihəsində nüvə məsələlərinin yer almadığı iddialarını rədd edərək, layihə mətnində İranın nüvə silahına sahib olmayacağının açıq şəkildə göstərildiyini bildirib.

Tramp qeyd edib ki, saziş layihəsi nüvə məsələsinin müxtəlif aspektlərini çox güclü və ətraflı şəkildə əhatə edir və mətnin əhəmiyyətli bir hissəsi bu mövzuya həsr olunub.