ABŞ Rusiya mənşəli məhsullara 12,5 faiz həcmində idxal rüsumu tətbiq etmək qərarına gəlib.
Çağdaş.Az xəbər verir ki, Qərar ABŞ Ticarət Nümayəndəsi Ceymison Qririn (Jamieson Greer) hazırladığı rəsmi sənəddə əks olunub.
Sənədə əsasən, Vaşinqton məcburi əməyə qarşı mübarizə əsas gətirilərək 60 ticarət tərəfdaşına gömrük rüsumları tətbiq edir.
Bildirilir ki, Rusiya məhsullarına 12,5 faizlik idxal rüsumu müəyyən edilib.
Yeni rüsumlar 24 iyul saat 00:01-dən (Şərq vaxtı) qüvvəyə minəcək və fevralın 24-də 150 günlük müddət üçün tətbiq edilmiş müvəqqəti qlobal idxal tariflərini əvəz edəcək.
Hazırda daşınma prosesində olan mallar üçün isə yeni tariflər 28 iyuldan etibarən qüvvədə olacaq.















