Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qarabağa növbəti köç karvanı yola salınıb

Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Cagdas.az  xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə – 31 nəfər, Təzəbinə kəndinə 9 ailə – 39 nəfər, Badara kəndinə 6 ailə – 24 nəfər, Daşbulaq kəndinə 2 ailə – 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə – 34 nəfər, Vəngli kəndinə 6 ailə – 26 nəfər, Həsənriz kəndinə 6 ailə – 17 nəfər, Kolatağ kəndinə 3 ailə – 19 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 12 ailə – 55 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.