İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində yaşayış evləri və ticarət obyektlərinə növbəti hava zərbələri endirib.
Çağdaş.Az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail hərbi təyyarələri Qəzza şəhərinin əz-Zeytun məhəlləsində yerləşən yaşayış evini bombalayıb. Hücum nəticəsində bir neçə mülki şəxs yaralanıb.
Bundan başqa, Qəzza şəhəri, əl-Fəluca bölgəsi və mərkəzi hissədə yerləşən əl-Bureyc Qaçqınlar Düşərgəsi də hava hücumlarına məruz qalıb. Hücumlar zamanı yaşayış evlərinə ciddi ziyan dəyib.
Xəbərdə qeyd olunur ki, İsrail aviasiyası Qəzza şəhərində yerləşən bir sıra ticarət obyektlərini də bombalayıb.
Qeyd edək ki, İsrail ordusu 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Məlumata əsasən, 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, hücumlar hələ də davam edir. Həmin dövr ərzində 73 mindən çox fələstinlinin həyatını itirdiyi bildirilir.















