Son dəqiqə

Ağdamda partlayış: Kənd sakini XƏSARƏT ALDI

Hadisə

Ağdamda mina hadisəsi baş verib.

Çağdaş.Az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA