Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Aİ Ermənistana kömək edəcək – Azərbaycan sərhədindən Türkiyəyə qədər…

Cəmiyyət
Avropa İttifaqı regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirmək məqsədilə, Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında İrəvana kömək edəcək.
Cagdas.az xəbər verir ki, anlaşma memorandumu Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (EIB) və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Brüsseldə keçirilən “Əlaqə Gündəliyi üçün Platformalar” adlı yüksək səviyyəli tədbirdə imzalanıb.

Təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək strateji Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 258 km) yol marşrutlarının inkişafına dəstək daxildir.

“Birinci mərhələdə Avropa İnvestisiya Bankı bu yol layihələri üçün zəruri tədqiqatların əhatə dairəsinin müəyyənləşdirilməsində və mümkün həllər hazırlanmasında məsləhət dəstəyi göstərəcək. Layihələr Ermənistan hökumətinin “Kəsişmə Yolları” təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafını asanlaşdırmağa, Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməyə və Avropa Birliyinin nəqliyyat infrastrukturunun inkişafı proqramını təşviq etməyə yönəlib”, – Ermənistan Nəqliyyat və Kommunikasiya Nazirliyi bildirib.

Sənəd Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Brüsselə səfəri zamanı imzalanıb.

O, əvvəllər Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosla nəqliyyat və enerji sektorlarında davam edən proqramları müzakirə edib.

İyun ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin “regional əlaqələr bərpa olunduqca Ermənistanın infrastrukturunu və sərhəd keçidlərini dəstəkləməyə” hazır olduğunu bildirib.

Xudatyan Brüsseldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ilə görüşüb və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və dəmir yolu və avtomobil əlaqələrinin yenidən açılması imkanlarını müzakirə edib./“Yeni Sabah”