Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Almaniyada iki gün ərzində üç məscidə hücum edilib

Dünya

Almaniyanın Hannover şəhərində Diyanet İşləri Türk İslam Birliyinə (DİTİB) və İslam Toplumu Millî Görüş (IGMG) təşkilatına məxsus üç məscidə iki gün ərzində hücum olub. Naməlum şəxslər məscidlərin şüşələrini sındırıb, divarlara isə sprey boya ilə İsrail Silahlı Qüvvələrinin qısaltması olan “IDF” yazısını yazıblar.

Cagdas.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə həftənin əvvəlindən etibarən həyata keçirilən hücumlarda Diyanet İşleri Türk İslam Birliyinə bağlı İlim İrfan Məscidinin pəncərələri sındırılıb, DİTİB Hannover Mərkəz Məscidinin və İslam Toplumu Milli Görüş Təşkilat (IGMG) Ayasofya Məscidinin divarlarına İsraili dəstəkləyən müxtəlif yazılar yazılıb.

Məscid dərnəkləri polisə müraciət edib

Hücumların ardından məscid icmaları hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq təcili araşdırma aparılmasını və günahkarların tapılmasını tələb edib. Türkiyənin rəsmi qurumları da Almaniyadakı türk məscidlərinin və derneklərinin təhlükəsizliyinin artırılması üçün girişimlərə başlayıb.

“İslam düşmənçiliyi və irqçi hücumları qətiyyətlə qınayıram”

AK Parti sədrinin müavini və xarici əlaqələrdən məsul Zafer Sırakaya hücumlara sərt reaksiya verib. O, sosial media hesabında yazıb:
“Hannoverdə iki gün ərzində üç ibadətgaha edilən İslam düşməni və irqçi hücumu şiddətlə qınayıram. Rəsmilər ibadət yerlərinin təhlükəsizliyini təmin etməli və məsul şəxslər dərhal ədalət qarşısına çıxarılmalıdır”.

Hannover polisi hücumlarla bağlı istintaqın davam etdiyini bildirib.