Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

Cəmiyyət

Mərkəzi Bankın hədəfi yalnız daxili bazarın inkişafı ilə məhdudlaşmır. Məqsəd həm də Azərbaycanın maliyyə xidməti göstərən qurumlarının xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini dəstəkləməkdir.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məqsədlə prioritet istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişafı və digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır:

“Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının qurulması nəzərdə tutulur. Perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi potensialı da qiymətləndirilir.

Bununla yanaşı, bu proses uzunmüddətli yanaşma tələb edir və innovasiyaların dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin tətbiqi üçün müasir və adekvat normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır”. (Bizim.Media)