• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

08 May, 26 / 21:54
A A

Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan “Pascorbin” 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.

“Pascorbin”in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı ildə başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti mümkün olmayacaq.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.

“Pascorbin” 7.5 g/50ml hansı hallarda istifadə olunur?

Mütəxəssislərin sözlərinə görə, yüksəkdozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:

– Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə;

– İmmunitet zəifliyi olan şəxslərdə;

– İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi;

– Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə;

– Bərpa və reabilitasiya dövründə.

COVID-19 dövrü ilə bağlı qeyd

COVID-19 pandemiyası dövründə yüksəkdozalı C vitamini preparatları bir çox ölkələrdə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunub.

Bir çox pasiyentlər bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanıyıb və onu immunitet dəstəyi ilə əlaqələndirib. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olub.

Bəs yaxın aylarda bu dərmanın yoxluğunu necə sığortalamaq olar?

Referans Media  xəbər verir ki ,məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, “Pascorbin”in yaxın aylarda apteklərdə olmaması xüsusilə onu müntəzəm istifadə edən xəstələr üçün çətinlik yarada bilər:

“Amma xəstələr bilməlidirlər ki, burada əsas məsələ konkret marka deyil, C vitamininin hansı formada və hansı məqsədlə qəbul edilməsidir. “Pascorbin” yüksək dozalı inyeksion C vitamini preparatıdır və əsasən ağızdan qəbulun yetərli olmadığı hallarda istifadə olunur. “Paskorbin”i özbaşına dayandırıb və ya dəyişdirib yüksək dozaya keçməsi məsləhət deyil. Xəstələr həkim məsləhəti ilə alternativ C vitamini preparatlarına keçə bilərlər.

Əgər damar daxili terapiya məqsədilə istifadə edilirdisə, eyni təsiri tablet və efervesan preparatlardan gözləmək düzgün deyil. Xüsusilə – onkoloji xəstələr, ağır infeksiyalardan sonra bərpa dövründə olanlar, bağırsaq sorulma problemi olanlar, şəkərli diabetli xəstələr, uzunmüddətli parenteral qidalanma alanların diqqətli olması vacibdir. Çünki inyeksion C vitamini qana daha sürətli və yüksək konsentrasiyada keçir”.

Yüksək dozalı C vitamini hər kəs üçün təhlükəsiz hesab olunmur.

Müsahibimiz bildirib ki, böyrək daşı meyli, böyrək çatışmazlığı və bəzi qan xəstəlikləri olan şəxslər bu preparatlardan ehtiyatla istifadə etməlidir:

“Hazırda bəzi apteklərdə preparatlar var, lakin təchizatın məhdudlaşdığı müşahidə olunur.

Xüsusilə damar daxili istifadə olunan yüksək dozalı preparatların dəyişdirilməsi yalnız həkim nəzarəti ilə aparılmalıdır. Yüksək dozalı C vitamini hər xəstə üçün uyğun deyil və nəzarətsiz istifadə böyrək problemlərinə səbəb ola bilər”.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

May 9, 2026
Cəmiyyət

DYP qeyri-iş günləri ilə bağlı müraciət edib

May 9, 2026
Cəmiyyət

Bakı sakinlərinə şad xəbər - 22 il sonra ilk yaşanır

May 9, 2026
Cəmiyyət

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

May 9, 2026
Cəmiyyət

Bu gün faşizm üzərində qələbənin ildönümüdür

May 9, 2026
Cəmiyyət

Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir

May 9, 2026

XƏBƏR LENTİ

Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

09 May, 26 / 11:24

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

09 May, 26 / 11:06

Kriptobirjada artım – “Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

09 May, 26 / 10:48

DYP qeyri-iş günləri ilə bağlı müraciət edib

09 May, 26 / 10:33

Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb

09 May, 26 / 10:16

Bakı sakinlərinə şad xəbər - 22 il sonra ilk yaşanır

09 May, 26 / 9:55

Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq

09 May, 26 / 9:38

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

09 May, 26 / 9:19

Bu gün faşizm üzərində qələbənin ildönümüdür

09 May, 26 / 9:00

Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı AÇIQLADI

09 May, 26 / 7:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.