Bu gün məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır.
Çağdaş.Az xəbər verir ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına bu gün saat 15:00-dan başlanılır.
Valideynlər övladlarını mygov platforması vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, proses 25 sentyabr saat 15:00-dək davam edəcək.
Məlumat üçün bildirək ki, valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilmiş Bakı şəhərindəki bağçalarda təhsilhaqqının 350, regionlardakı bağçalarda isə 250 manata qədərini dövlət ödəyəcək.
















