Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Arda Turandan dünya liderlərinə müraciət: “Hazırda müharibə vaxtı deyil”

Gündəm

“Hazırda uşaqlar üçün həyat çox çətindir. Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil”.

Cagdas.az xəbər verir ki, bu barədə UEFA Konfrans Liqasında “Şemrok Rovers”lə oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistin Ukraynada baş məşqçilik etməyin çətinlikləri barədə sualına cavabında “Şaxtyor Donetsk”in baş məşaçisi Arda Turan deyib.

O, mətbuat konfransında dünya liderlərinə müraciət edib:

“Ukrayna xalqına böyük hörmətim var. Mən oraya gedəndə bombardmanlar olurdu. İnsanlar rahatlıqla deyirdilər ki, “yaxşı, raket atıldı, keçdi”. Dronlar artıq onlar üçün problem deyil. Məndən olsa, 100 dənə neqativ şey sayaram, amma artıq baxış bucağımı o insanlara görə dəyişdirirəm. Buradan dünya liderlərinə də demək istəyirəm. Bu, bəlkə, Tramp ola bilər, bəlkə, Putin, bəlkə, Ərdoğan, bəlkə də, Zelenski… Hazırda uşaqlar üçün həyat çox çətindir. Uşaqlar düşünürlər ki, müharibə nədir? Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil. Kiyevdə bir gün keçirsəniz, bəlkə, onda futbol haqqında danışa bilərik. Ukrayna xalqını da, oyunçularımı da sevirəm. Mən onlar üçün buradayam və bütün Ukrayna xalqını ailəm hesab edirəm”./Oxu.az/