Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu – FOTO

Cəmiyyət

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

Cagdas.az  xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.

15567061556707

1556708