Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts Londonda baş tutan dördtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıblar.
“Cagdas.az”ın “Sky News”a istinadən məlumatına görə, liderlər ənənəvi fotosessiya üçün Starmerin Dauninq-stritdəki iqamətgahından çıxıblar, lakin görüşün detalları barədə heç bir açıqlama vermədən ərazini tərk ediblər.
Fotosessiyadan sonra Kir Starmer və Volodimir Zelenski iqamətgaha qayıdaraq ikitərəfli müzakirələri davam etdiriblər. Makron və Merts isə jurnalistlərə münasibət bildirmədən Dauninq-striti tərk ediblər.
Ukrayna Prezidenti sosial şəbəkədə etdiyi paylaşımda müttəfiqlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb:
“Real təhlükəsizliyə zəmanət vahid mövqe və birgə işdən asılıdır. Dəstəyə görə təşəkkür edirəm.”


