• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.9° Weather Columbus
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avropa Parlamentində Azərbaycana dəstək: “Brüssel geosiyasi səhv edir”

22 May, 26 / 9:48
A A

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər.

Cagdas.az -ın məlumatına görə, dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və Euronest-dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.

Xüsusilə, Avropa Parlamentinin Euronest-dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.

Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub.

Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub.

O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. Terheş birbaşa Avropa Parlamentini ittiham edib ki, o, apreldəki Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib: “Bu parlament (Avropa Parlamenti – red.) Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi”.

Terheş xüsusi diqqəti ona yönəldib ki, məhz hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: “Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər”. Onun fikrincə, bu fonда Avropa Parlamentinin hərəkətləri siyasi cəhətdən uzaqgörməz görünürdü.

O, həmçinin Avropa siyasətinin ümumi üslubunu tənqid edib: “Daimi moralizatorluq, ideoloji qınama ilə vəsvəsə – bu xarici siyasət deyil. Bu siyasi yetişməmişlik və geosiyasi intihardır”.

Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: “Biz eyni dinamikanı Gürcüstan və ikili standartlar və təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqından getdikcə daha çox uzaqlaşan digər dövlətlər barəsində müşahidə edirik”.

“Azərbaycan sadəcə AB-nin başqa bir tərəfdaşı deyil. O, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün əsas əhəmiyyətə malikdir”, – Terheş əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir.

“Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil, bu geosiyasi cəhətdən özünüməhvetmədir”, – avroparlamentçi vurğulayıb. Onun sözlərinə görə, Avropaya realizm, strateji düşüncə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq lazımdır, daimi nəsihətlər və özünü üstün hesab etmə hissi deyil”.

Patriots for Europe qrupunun deputatı Anjelin Füre Bakı ilə münasibətlərdəki böhranı regionda Avropa strategiyasının iflası kimi təqdim edib. “Azərbaycanın Euronest-dən çıxmaq qərarını sadəcə prosedur addımı hesab etmək olmaz. Bu Avropanın strateji cəzasıdır”, – o qeyd edib.

Füre böhranı birbaşa AB-nin hərəkətləri ilə əlaqələndirib: “Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik”.

Onun sözlərinə görə, Avropa eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı. “Siz düşünürdünüz ki, qaz tədarükünü təmin edəcəksiniz, amma eyni zamanda bütün bu qətnamələri qəbul edirdiniz”, – o deyib və qeyd edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb.

Füre həmçinin Avropa strukturlarını dövlətlərin yerini tutmağa cəhddə ittiham edib: “Siz moral oxumaq üçün dövlətlərin rolunu öz üzərinizə götürdünüz”.

Sonra o geosiyasətə keçib və bəyan edib ki, AB bəyannamələrlə məşğul olarkən region Avropasız yenidən qurulmağa başlayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdıraraq tranzit dəhliz yarada bilib.

Füre xüsusi diqqəti yeni marşrutun (“Tramp Marşrutu”, TRIPP – red.) artıq iqtisadi ölçü qazanmasına yönəldib: “Yeni strateji yol meydana çıxdı – sülh yolu və faktiki olaraq Amerika kapitalı tərəfindən idarə olunan”.

Geoiqtisadi baxımdan Avropa təcrid olunmuş vəziyyətdə qalıb, Mərkəzi Asiyanın yeni siması isə AB-siz formalaşır, – deputat qeyd edib. Bu arada Avropa dünyanın öz gözləri önündə yenidən qurulmasını seyr etməyi dayandırmalıdır.

Onun son çağırışı Avropa institutlarına ünvanlanıb: “Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və yetkin realpolitikaya keçin”.

Deputat Tyerri Mariani öz tərəfindən bəyan edib ki, hazırda Cənubi Qafqaz unikal nöqtədədir, onilliklər boyu münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb. O xatırladıb ki, əvvəllər tənzimləmə praktiki olaraq qeyri-mümkün hesab olunurdu: “Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi baş verir – barışıq prosesi başlayır”.

Lakin onun fikrincə, Avropa Parlamenti əks istiqamətdə hərəkət edir, odun üstünə yağ tökən qətnamələr qəbul edir. Mariani qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin qanuni narahatlıqları səbəbindən qapını bağlayıb”.

“Qafqazda sülhə Avropa Parlamentinin müdaxiləsi ilə deyil, regiondakı danışıqlar yolu ilə nail olunacaq”, – o yekunlaşdırıb.

Avroparlamentçi Tomas Frölih Azərbaycan ətrafındakı böhranı AB-nin xarici siyasətinin daha geniş problemi ilə əlaqələndirib: “ABŞ ilə pis münasibətlər. Çin ilə pis münasibətlər. Rusiya ilə münasibətlər yoxdur”.

Avropa İttifaqının tədricən dünya siyasətinin kənarında qaldığı təəssüratı yaranır, – o qeyd edib. Deputatın sözlərinə görə, Azərbaycan Avropa Parlamentinin mənəvi qiymətləndirmələrindən yorulub və o, bununla razı olduğunu bildirilib.

Frölih xəbərdarlıq edib ki, Bakı ilə davam edən münaqişə Avropanın energetikasına zərbə vura bilər: “Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər”.(report.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Məşhur universitet fəaliyyətini dayandırdı

May 22, 2026
Cəmiyyət

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

May 22, 2026
Cəmiyyət

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

May 22, 2026
Cəmiyyət

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

May 22, 2026
Cəmiyyət

WUF13-də iştirak edənlərin sayı açıqlandı

May 22, 2026
Cəmiyyət

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

May 22, 2026

XƏBƏR LENTİ

Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə… – FOTO

22 May, 26 / 22:57

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər..

22 May, 26 / 22:44

Məşhur universitet fəaliyyətini dayandırdı

22 May, 26 / 22:31

“Qarabağ” mövsümün son oyununa çıxır

22 May, 26 / 22:18

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

22 May, 26 / 22:04

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

22 May, 26 / 21:54

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

22 May, 26 / 21:45

WUF13-də iştirak edənlərin sayı açıqlandı

22 May, 26 / 21:30

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

22 May, 26 / 21:17

Prezident Yerlan Sıdıkova təbrik məktubu ünvanladı

22 May, 26 / 21:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.