Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Avtobus yoluna girən sürücülərə sərt XƏBƏRDARLIQ

Cəmiyyət

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib.

NİİM-dən Cagdas.az -a verilən məlumata görə, müraciətdə deyilir:

“Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur. Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.

Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün isə əvəzedici avtobusun təmin edilməsinə ehtiyac yaranır. Beləliklə, bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması nəticəsində onlarla sərnişin həm təhlükə və stress yaşayır, həm də əlavə vaxt itkisi ilə üzləşir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri marşrut avtobuslarına münasibətdə daha diqqətli olmağa, təhlükəsiz ara məsafəsi saxlamağa, avtobusların hərəkət zolağına qəfil daxil olmamağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.