• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN…

22 Sentyabr, 26 / 19:43
A A

Bakıda avtobus zolaqlarının yaradılmasının əsas məqsədi ictimai nəqliyyatın ümumi tıxacda qalmamasını, avtobusların daha sürətli və stabil intervalla hərəkət etməsini təmin etməkdir
Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı  Ajans.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev qeyd edib ki, sürücülər ilk növbədə avtobus zolağının adi hərəkət zolağı olmadığını anlamalı və ondan tıxacdan yayınmaq məqsədilə istifadə etməməlidirlər.

Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.

Bununla yanaşı, qanunda müəyyən istisnalar da nəzərdə tutulur. Avtobus zolağı digər hərəkət hissəsindən qırıq-qırıq nişanlanma xətti ilə ayrılıbsa, sürücü dönmə manevrini həyata keçirmək üçün həmin hissədə zolağa keçə bilər. Eyni zamanda, belə zolaqlardan yola daxil olarkən və yolun sağ kənarında sərnişinin minib-düşməsi məqsədilə istifadə edilməsinə də icazə verilə bilər. Lakin əsas şərt odur ki, bu zaman ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılmasın.

AYNA da yolayrıclarında sağa dönən sürücülərin xüsusi zolaqla hərəkət edən avtobuslara yol verməli olduğunu vurğulayır.

Adil Nəbiyev qeyd edir ki, sürücülərin avtobus zolaqları ilə bağlı ən çox yol verdiyi yanlış yanaşmalardan biri “cəmi 50–100 metr gedəcəyəm”, “bir neçə saniyəlik zolağa girdim” və ya “tıxacdan çıxıb qabaqda yenidən öz zolağıma qayıdacağam” düşüncəsidir. Halbuki qanun avtobus zolağından qanunsuz istifadəyə həmin zolaqda neçə saniyə və ya neçə metr hərəkət edilməsi meyarı ilə yanaşmır. Burada əsas məsələ zolağa hansı məqsədlə daxil olmaq və bunu yol nişanlanmasının hansı hissəsində etməkdir.

Ekspertin izahına görə, qırıq xəttin başladığı yerdə qarşıdakı yolayrıcında sağa dönmək üçün zolağa keçmək ilə bütöv xətti keçərək avtobus zolağında irəliləmək və tıxacda olan avtomobilləri ötmək eyni hal deyil. Sürücünün dönmə nöqtəsinə xeyli qalmış avtobus zolağına daxil olaraq uzun məsafə həmin zolaqla hərəkət etməsi də qaydanın pozulması hesab oluna bilər. Sürücü yalnız həyata keçirdiyi manevrin tələb etdiyi və nişanlanmanın buna imkan verdiyi hissədən istifadə etməlidir.

Digər geniş yayılmış səhvlərdən biri isə avtobus zolağında avtomobili saxlayaraq sərnişin mindirib-düşürməkdir. “Cəmi bir dəqiqədir” yanaşması belə hallarda əsaslandırma hesab olunmur. Bakı küçələrinin bir hissəsində minik avtomobillərinin sərnişin mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılıb. AYNA-nın mövqeyinə görə, həmin ərazilərdə sərnişinlərin minib-düşməsi mümkün qədər qısa müddətdə həyata keçirilməli, avtobusların hərəkətinə şərait yaradılmalı və təhlükəsizlik qaydalarına əməl olunmalıdır.

Adil Nəbiyev hesab edir ki, sürücülərin avtobus zolaqları ilə bağlı əsas problemi onun funksiyasını düzgün anlamamasıdır. Sürücü zolağın boş olduğunu gördükdə onu əlavə hərəkət zolağı kimi qəbul edir və digər zolaqlarda tıxac olduğu halda qısa müddətə istifadə edə biləcəyini düşünür.

Halbuki avtobus zolağının boş qalması onun səmərəsiz olması demək deyil. Əksinə, bu zolağın əsas məqsədi çoxsaylı sərnişin daşıyan avtobusların ümumi nəqliyyat axınından daha maneəsiz hərəkət etməsini təmin etməkdir. Bir neçə fərdi avtomobilin belə qanunsuz şəkildə avtobus zolağına daxil olması, xüsusilə yolayrıclarında dayanması və ya növbə yaratması bütöv avtobus xəttinin hərəkət sürətinə təsir göstərə bilər.

Ekspert sürücülərə avtobus zolağına daxil olmamışdan əvvəl 5.9 və digər müvafiq yol nişanlarına, bütöv və ya qırıq nişanlanma xəttinə, dönmə istiqamətinə və ərazidəki əlavə lövhələrə diqqət yetirməyi tövsiyə edir.

Onun sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, avtobus zolağı şəxsi avtomobillər üçün tıxacdan yayınma vasitəsi deyil. Həmin zolağa yalnız yol nişanları və nişanlanma xətlərinin icazə verdiyi konkret manevr və hallarda keçmək mümkündür. Bu zaman isə ictimai nəqliyyatın hərəkətinə maneə yaradılmamalıdır.\referans media\

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı – Foto

Sentyabr 22, 2026
Cəmiyyət

Azərbaycanda mal əti bahalaşdı

Sentyabr 22, 2026
Cəmiyyət

Yer kürəsində maqnit fırtınası olacaq – Tarix açıqlandı

Sentyabr 22, 2026
Cəmiyyət

Bakıda iki metrostansiyaya giriş ödənişsiz oldu

Sentyabr 22, 2026
Cəmiyyət

Paşinyan onları da ABŞ-yə apardı

Sentyabr 22, 2026
Cəmiyyət

Beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur – İlham Əliyev

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı – Foto

22 Sentyabr, 26 / 20:08

Azərbaycanda mal əti bahalaşdı

22 Sentyabr, 26 / 19:56

Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN…

22 Sentyabr, 26 / 19:43

Yer kürəsində maqnit fırtınası olacaq – Tarix açıqlandı

22 Sentyabr, 26 / 19:30

Bakıda iki metrostansiyaya giriş ödənişsiz oldu

22 Sentyabr, 26 / 19:18

Paşinyan onları da ABŞ-yə apardı

22 Sentyabr, 26 / 19:04

Beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr, 26 / 18:53

Elm və Təhsil Nazirliyindən Səyyad Aranın ittihamına cavab

22 Sentyabr, 26 / 18:40

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

22 Sentyabr, 26 / 18:27

Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq – Prezident

22 Sentyabr, 26 / 18:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.