Oktyabrın son günlərində beş bürc üçün münasibətlərdə, maliyyə və karyera sahəsində müsbət dəyişikliklər gözlənilir. Dolunayın təsiri ilə yeni qərarlar gündəmə gələ, qarşıya çıxan fürsətlər isə bəzi işləri asanlaşdıra bilər.

Cagdas.az  xarici mediaya istinadən xəbər verir ki, oktyabrın sonunadək Buğa, Qız, Şir, Əqrəb və Oğlaq bürcləri üçün uğurlu imkanlar ön plana çıxacaq.

Buğa

Buğa bürcləri üçün şəxsi qərarlar və maliyyə məsələləri önəm qazanacaq. Büdcəni yenidən nəzərdən keçirmək, yığımları artırmaq və gələcək planlarını dəqiqləşdirmək üçün əlverişli dövr ola bilər.

Qız

Qız bürclərinin sevgi həyatında yeni mərhələ başlaya bilər. Münasibətlərdə gözləntilər aydınlaşacaq, maliyyə və iş həyatında isə yeni imkanlar yarana bilər. Köhnə vərdişləri dəyişmək üçün də uyğun zamandır.

Şir

Şirlər iş həyatında dəstək görə, yeni əlaqələr sayəsində hədəflərinə yaxınlaşa bilərlər. Dolunay karyera planlarını yenidən nəzərdən keçirmək imkanı yaradacaq. Tələsmədən atılan addımlar gələcək uğurların əsasını qoya bilər.

Əqrəb

Əqrəblər üçün münasibətlər və tərəfdaşlıqlar ön plana çıxacaq. Açıq söhbətlər bəzi anlaşılmazlıqları aradan qaldıra bilər. Həmçinin gələcək planlarını dəqiqləşdirmək və çoxdan arzulanan səfərlə bağlı addım atmaq istəyi yarana bilər.

Oğlaq

Oğlaqları yeni ideyalar və sosial əlaqələr gözləyir. Yaradıcılıq tələb edən işlərdə fərqli həll yolları tapmaq, yeni insanlarla tanış olmaq və faydalı əlaqələr qurmaq mümkün ola bilər. Yaxınların dəstəyi də bu dövrdə önəm qazanacaq.\metbuat.az\