Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Azərbaycan lideri Timor-Leste Prezidentini təbrik edib

Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortanı təbrik edib.

“Cağdas.az”-ın məlumatına görə, təbrikdə deyilir:

“Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.