Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

Azərbaycanda gecələr bu tarixədək UZANACAQ

Cəmiyyət

Hazırda Azərbaycanda gecələr getdikcə uzanır, gündüzlər isə qısalır. Bu proses qış fəsli daxil olanadək davam edəcək.

Günəş hər gün səhərlər bir az daha gec oyanır, axşamlar isə tələskən addımlarla yerini qaranlığa təhvil verir. Sanki təbiət də insanlar kimi yorulub, yavaş-yavaş yuxuya getməyə hazırlaşır. Bu günlərdə hər birimiz gecələrin uzandığını, gündüzlərin qısaldığını hiss edir, görürük. Bu, əsrlərdir davam edən, heç vaxt dəyişməyən, amma hər dəfə insanın ovqatına təsir edən bir təbiət möcüzəsidir.

Hazırda davam edən payız fəsli Azərbaycana 22 sentyabrda daxil olub. Payızın çıxmasına isə 22-23 gün qalır.

Cagdas.az xəbər verir ki, bu il Azərbaycana qış fəsli dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu barədə Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumatda bildirilib.

Dekabrın 21-də qış başlayan zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Bu dəyişikliklərin hər biri həyatın ritmidir. Təbiət bizə hər il eyni dərsi verir…/Ölkə.az/