Son dəqiqə
Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA Nazirlik milyonluq tenderləri bu şirkətə verdi
Reklam
Reklam

Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq

Cəmiyyət

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır.

Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib.

“Bildiyiniz kimi borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur. AMB bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda kredit götürən şəxslərin işsiz qalmaqdan sığortalanması üzərində iş gedir, yəni iş tapanadək borcalanın kredit üzrə ödənişlərini sığorta şirkəti qarşılaya bilər. Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcəyik”, – AMB-nin rəsmisi qeyd edib.

R. Tahirov əlavə edib ki, hazırda ancaq istehlak kreditləri üzrə bu yenilikin tətbiqi nəzərdə tutulur: “Gələcəkdə isə bu proses biznes kreditlərinin əhatə olunması üzrə davam edəcək”.(Report)