Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Azərbaycan otelləri ən çox nədən qazanır?

Cəmiyyət
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdikləri gəlirlərin strukturu məlum olub.
Cagdas.az  xəbər verir ki, bu dövrdə sözügedən obyektlərin ümumi gəlirləri 494 milyon 158 min manat təşkil edib.
Statistikaya əsasən, otellər ən çox gəliri nömrələrin satışı hesabına əldə ediblər. Bu xidmət üzrə gəlirlər 308 milyon 343,6 min manat olub.
Bundan əlavə:
* İaşə xidmətlərindən 132 milyon 598,3 min manat gəlir əldə edilib.
* Müalicə-sağlamlıq xarakterli xidmətlərdən gəlirlər 13 milyon 877,6 min manat təşkil edib.
* Konfrans zallarının təqdim edilməsi xidmətlərindən 5 milyon 990,6 min manat gəlir qeydə alınıb.
* Ekskursiya xidmətlərindən əldə olunan gəlir 94,6 min manat olub.
* Digər xidmətlərdən isə 33 milyon 253,3 min manat gəlir əldə edilib.
Açıqlanan rəqəmlər göstərir ki, 2025-ci ilin ilk 9 ayında otellərin gəlirlərində əsas payı nömrələrin satışı və iaşə xidmətləri formalaşdırıb.(valyuta.az)