2026-cı ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 1173,0 manat təşkil edib.
Cagdas.az bildiriri ki bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb.
Bu isə 4207,2 manat təşkil edib.
Maliyyə-sığorta və informasiya-rabitə sahələrində çalışanların orta əməkhaqqisı isə siyahıda ikinci və üçüncü yerlərdə olub: 3102,1 manat və 2130,2 manat.
Ən aşağı orta aylıq əməkhaqqı isə 749 manat ilə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsidir.\ölkə.az\



