Son dəqiqə
Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək?
Reklam
Reklam

12 oktyabrda HAVA BELƏ OLACAQ

Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Çağdaş.Az–a verilən məlumata əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.