Son dəqiqə
İlham Əliyevin adından Laos Prezidentinə rəsmi nahar verilib Milli Məclisin növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri
Reklam
Reklam

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Cəmiyyət

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb.

Cagdas.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, investisiya əməkdaşlığı hər iki istiqamətdə inkişaf edir: “1995-ci ildən 2026-cı ilin birinci yarısının sonunadək Çexiyadan Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 74 milyon dollara çatıb. Bunun təxminən 70 milyon dolları bizim üçün çox mühüm olan qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni dövrdə Azərbaycanın Çexiyaya birbaşa investisiyalarının həcmi də təxminən 70 milyon dollar təşkil edib”.

Y.Abdullayev qeyd edib ki, hazırda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmətlər daxil olmaqla müxtəlif sektorlarda 34 Çexiya şirkəti Azərbaycanda fəaliyyət göstərir: “Nəqliyyat və logistika da gələcək əməkdaşlıq üçün yaxşı perspektivlər yaradır. 2025-ci ildə ölkələrimiz arasında tranzit daşımalarının həcmi 32 min tona çatıb. “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizlərinin mühüm rol oynadığı bu sahədə 47 %-lik artım qeydə alınıb”.\report.az\