Son dəqiqə
“Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

İqtisadiyyat

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 18,4 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5 milyard 12,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % artıb.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58,7 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bu müddət ərzində Azərbaycanda 1 milyard 342,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur.

Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 225,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,3 %, neft bitumunun istehsalı isə 5,1 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 206,7 min ton maye qazlar, 634,4 min ton ağ neft, 218,6 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 24,3 %, neft koksunun istehsalı 25,8 %, ağ neftin istehsalı isə 14,3% artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.