Son dəqiqə
Reklam
Reklam

Azərbaycandakı ahılların sayı açıqlandı

Cəmiyyət

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür.

Cagdas.az  xəbər verir ki, Dövlət Statistika Komitəsi Azərbaycandakı ahılların sayını açıqlayıb.

Bildirilib ki, 2026-cı ilin əvvəlinə ölkədə 70 və yuxarı yaşda əhalinin sayı 589,6 min nəfər təşkil edib.

Şəhər əhalisinin 365,5 min nəfəri, kənd əhalisinin 224,1 min nəfəri ahıllardır.

Azərbaycandakı ahılların 336,1 min nəfəri qadınlar, 253,5 min nəfəri kişilərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin ilk 8 ayında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 42 ahıl qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir.

“Hazırda müəssisədə 213 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 109-u kişi, 104-ü qadındır”,- deyə qurumdan bildirilib.