Son dəqiqə
Bəzi xərclərin azaldılması iqtisadi itkilərə səbəb ola bilər Sahil Babayev dolların gələn il üçün məzənnəsini açıqladı Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO

“Azərbaycan əsgəri ömürlük Ermənistanda qalmayacaq” – Paşinyan

Cəmiyyət

Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olması ilə bağlı araşdırma davam edir.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də keçirdiyi brifinqdə bildirib.

Baş nazir Nəsimi Musayevin ömürlük Ermənistanda qalacağını da iddia edə bilməyəcəyini deyib.

Paşinyan qeyd edib ki, hazırda istintaq aparılır və məhkəmə keçirilməlidir. Son qərarı isə məhkəmə verəcək.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib.
Ermənistantərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib\modern.az\