Azərbaycanda Ailə Konsepsiyası sənədi hazırlanır.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, hazırda Dövlət Komitəsi Ailə Konsepsiyası sənədini yekunlaşdırmaq üzrədir:
“Biz artıq onu hazırlamışıq, müvafiq dövlət orqanlarına göndərilib. Onlar təkliflərini bizə təqdim edirlər”.
Bahar Muradovanın sözlərinə görə, sənəd müasir dövr üçün Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələri müəyyən edən siyasi çərçivə rolunu oynayacaq.














