• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.4° Weather Columbus
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

02 İyul, 26 / 11:45
A A

“Azərbaycanda avtomobil bazarında son aylarda ən çox tələb hibrid və elektrik mühərrikli avtomobillərə yönəlib. Bunun əsas səbəbi bu nəqliyyat vasitələrinin daha az yanacaq sərf etməsi və istismar xərclərinin nisbətən aşağı olmasıdır”.

Cagdas.az  xəbər verir ki, bunu “baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, xüsusilə yeni avtomobil almaq istəyən, lakin büdcəsini nəzərə alan alıcılar daha çox bu seqmentə üstünlük verirlər:

“Hibrid və elektrik avtomobilləri daha az yanacaq sərf etdiyinə və gündəlik istifadədə daha qənaətcil olduğuna görə bazarda onlara maraq artıb. Eyni zamanda, bəzi modellərin qiyməti benzin və dizel mühərrikli analoqları ilə müqayisədə daha əlçatan olduğundan yeni avtomobil almaq istəyən vətəndaşlar seçimlərini əsasən bu istiqamətdə edirlər.

Son bir ildə köhnə, istismarı baha başa gələn avtomobillərin qiymətində enmə müşahidə olunub. İl ərzində texniki baxımdan köhnəlmiş və saxlanılması daha çox xərc tələb edən avtomobillərin qiyməti orta hesabla 11-12 faiz ucuzlaşıb. Bunun fonunda isə hibrid və elektrik avtomobillərinin qiymətində artım qeydə alınıb.

2026-cı ilin əvvəlindən vergi və gömrük güzəştlərinin ləğvi, eləcə də bu avtomobillərə tələbin artması qiymətlərə təsirsiz ötüşməyib. Yanvar ayından etibarən tətbiq olunan dəyişikliklər, xüsusilə bəzi güzəştlərin ləğvi, logistika və idxal xərclərinin artması hibrid və elektrik avtomobillərinin maya dəyərini yüksəldib. Digər tərəfdən, bazarda bu avtomobillərə marağın artması da qiymətlərin bahalaşmasına səbəb olub”.

AQC sədri əlavə edib ki, qiymət artımı bütün markalarda eyni səviyyədə deyil:

“Məsələn, Yaponiya istehsalı olan bəzi hibrid avtomobillərin qiymətində təxminən 5-14 faiz artım müşahidə olunur. Çin istehsalı olan modellərdə isə bu artım bəzi hallarda 20 faizə qədər yüksəlib. Burada həm logistika xərcləri, həm vergi dəyişiklikləri, həm də artan tələbat əsas rol oynayır.”

Gələcəkdə bazarda müəyyən istiqamət dəyişikliyi baş verə bilər. Hazırda istehlakçılar daha çox hibrid və elektrik avtomobillərinə üstünlük verirlər. Lakin zaman keçdikcə bu avtomobillərin istismarı, batareyaların dəyişdirilməsi, texniki xidmət xərcləri və bəzi hallarda insanların sağlamlığına mümkün təsirləri ilə bağlı müzakirələr artdıqca alıcı davranışında dəyişiklik ola bilər. Bu amillər nəzərə alındıqda, benzin və dizel mühərrikli avtomobillərə marağın yenidən artacağını istisna etmirəm.

Bahalaşma davam edərsə, ikinci əl avtomobil bazarı da yenidən canlana bilər.

Əgər yeni avtomobillərin qiymətində artım davam etsə, insanlar daha çox ikinci əl avtomobillərə üz tutacaqlar. Burada söhbət texniki cəhətdən yararsız nəqliyyat vasitələrindən getmir. Bir neçə il istifadə olunmuş, texniki vəziyyəti yaxşı olan ikinci əl avtomobillərə tələbin artacağını düşünürəm”.

Bənzər Xəbərlər

Cəmiyyət

Atatürk parkını tanımayacaqsınız – FOTO

İyul 2, 2026
Cəmiyyət

İyulun 12-də keçiriləcək qəbul imtahanı ilə bağlı vacib elan

İyul 2, 2026
Cəmiyyət

Pensiya ilə bağlı yeni rəqəmlər açıqlandı

İyul 2, 2026
Cəmiyyət

Azərbaycan Polisi 108 yaşını qeyd edir

İyul 2, 2026
Cəmiyyət

Qızıl almaq istəyənlərin nəzərinə: payıza qədər… – VİDEOO

İyul 2, 2026
Cəmiyyət

Rusiyaya gedən azərbaycanlılara yeni tələb: Bu qaydaya əməl etməyənlər…

İyul 2, 2026

XƏBƏR LENTİ

Panama kanalında Çin nəzarətinə yol verməyəcəyik – Tramp

02 İyul, 26 / 13:04

Atatürk parkını tanımayacaqsınız – FOTO

02 İyul, 26 / 12:50

İyulun 12-də keçiriləcək qəbul imtahanı ilə bağlı vacib elan

02 İyul, 26 / 12:37

Pensiya ilə bağlı yeni rəqəmlər açıqlandı

02 İyul, 26 / 12:24

Azərbaycan Polisi 108 yaşını qeyd edir

02 İyul, 26 / 12:12

Qızıl almaq istəyənlərin nəzərinə: payıza qədər… – VİDEOO

02 İyul, 26 / 11:58

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

02 İyul, 26 / 11:45

Rusiyaya gedən azərbaycanlılara yeni tələb: Bu qaydaya əməl etməyənlər…

02 İyul, 26 / 11:32

Cərimələrlə bağlı şok statistika: Zibil atmağa görə 15 min dollar cəza…

02 İyul, 26 / 11:18

Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var

02 İyul, 26 / 11:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.