Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Çağdaş.Az bu barədə MMC-yə istinadən xəbər verir.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, direktoru Ələddin Hacıyevdir.
















