Son dəqiqə

Azərbaycanda ən çox və ən az iş saatı olan sahələr açıqlandı

Cəmiyyət

Azərbaycanda iqtisadi fəaliyyət sahələri üzrə iş saatlarının müddəti fərqlənir.

Ən yüksək göstərici ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, ən aşağı göstərici isə digər sahələrdə xidmətlərin göstərilməsi üzrə qeydə alınıb.

Belə ki, ticarət sahəsində iş saatlarının müddəti 155,4 saat, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə isə 136,0 saat təşkil edib. Bu iki göstərici arasındakı fərq 19,4 saat olub.

Cagdas.az Valyuta.az-a istinadən ən çox və ən az iş saatı olan sahələrin siyahısını təqdim edir.

 

Ən çox iş saatı olan sahələr Saat Ən az iş saatı olan sahələr Saat
Ticarət; nəqliyyat vasitələrinin təmiri 155,4 Digər sahələrdə xidmətlərin göstərilməsi 136,0
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 155,2 Təhsil 137,3
Tikinti 154,8 Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 141,3
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 154,4 Peşə, elmi və texniki fəaliyyət 143,5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 153,4 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 144,2