Azərbaycanda yaradılan Dentura diş həkimləri və stomatoloji klinikalar üçün rəqəmsal idarəetmə platformasıdır. Platforma randevuları, elektron pasiyent kartlarını, diş sxemini, müalicə planlarını və ödənişləri vahid sistemdə birləşdirir. Hazırda Dentura-dan 90-dan çox həkim istifadə edir.
Referans Media xəbər verir ki, bir çox klinikada randevuların qeydiyyatı və pasiyentlərə xatırlatma prosesi hələ də əl ilə aparılır. Bu isə həkimlərin vaxt itkisinə və unudulan qəbullara səbəb ola bilər. Dentura həmin prosesləri avtomatlaşdırır.
Pasiyent randevuya yazıldıqda təsdiq mesajı, qəbuldan əvvəl isə xatırlatma alır. Bildirişlər pasiyentin seçdiyi WhatsApp, SMS və ya Telegram kanalı ilə, öz dilində göndərilir. Beləliklə, həkimin hər pasiyentə ayrıca zəng etməsinə ehtiyac qalmır.
Platformaya əlavə edilən 30 dil dəstəyi xarici pasiyent qəbul edən klinikalar və Dentura-dan digər ölkələrdə istifadə edən həkimlər üçün nəzərdə tutulub. Pasiyentlər randevu bildirişlərini rus, türk, ərəb və digər dillərdə ala bilirlər.

Ana səhifə: günün randevuları saatı və müalicə qeydi ilə.

Pasiyent kartı və rəngli diş sxemi.
Pasiyent kartında rəngli diş sxemi (odontoqram) yer alır. Dolğu, çürük, kanal müalicəsi, kron, implant və çəkilmiş dişlər bir baxışda görünür. Həkim müalicə planını qiymətlərlə birlikdə pasiyentə göndərə, pasiyent isə onu WhatsApp vasitəsilə təsdiqləyə bilər. Müalicədən əvvəlki razılıq formaları elektron imza ilə PDF formatında saxlanılır.
Platformanın digər imkanları:
- Rentgen və ağızdaxili şəkillərin pasiyent kartında saxlanması
- Laboratoriya sifarişləri və material (anbar) uçotu
- Gəlir-xərc hesabatları və taksitlə ödəyən pasiyentlərə avtomatik SMS xatırlatmaları
- Pasiyentin randevu istəyi göndərə biləcəyi onlayn keçid
- WhatsApp-da adi mesajla randevu yaratmağa imkan verən bot
«Diş həkimi gününün xeyli hissəsini zənglərə, dəftər qeydlərinə və hesablamalara sərf edir. Dentura-nı bu işləri həkimin üzərindən götürmək üçün yaratdıq: həkimin vaxtı pasiyentə qalmalıdır», — deyə Dentura-nın təsisçisi Ağahüseyn İsmayılov bildirib.
Dentura-nın Android tətbiqi Google Play-də mövcuddur. iOS versiyasının yaxın zamanda App Store-da təqdim edilməsi planlaşdırılır. Platformadan kompüterdə brauzer vasitəsilə də istifadə etmək mümkündür. Yeni qoşulan həkimlər üçün 14 günlük pulsuz sınaq müddəti təqdim olunur.
Dentura haqqında
Dentura Azərbaycanda yaradılmış, diş həkimləri və stomatoloji klinikalar üçün nəzərdə tutulmuş rəqəmsal idarəetmə platformasıdır. Randevuları, pasiyent qeydlərini, müalicə planlarını və ödənişləri vahid sistemdə birləşdirir.
Əlaqə
E-poçt: [email protected]
Sayt: dentura.appdentura.app


