Son dəqiqə
Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq? Məktəblərdə dərs saatları DƏYİŞİR Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? – İtaliyadan AÇIQLAMA “Səhər indi açılıb 106-cı sıradayam” – Xəstəxanalarda nə baş verir? – VİDEO Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq – nazir Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. Bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir. “Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər. Ətraflı Ad – 00:02 Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər. Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”.

Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA

Cəmiyyət

2027-ci ildə ərzaq məhsullarının qiymətinə həm yerli istehsalın həcmi, həm də idxal olunan məhsulların maya dəyəri təsir göstərəcək.

Cagdas.az  xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymətləri istehsal səviyyəsi ilə yanaşı, bazardakı tələb və təklifdən də asılıdır:

“Bu baxımdan əsas məqsəd fermerlərin fəaliyyətini stimullaşdırmaqla yanaşı, ərzaq məhsullarının istehlakçılar üçün əlçatanlığını qorumaqdır. Yerli istehsalın artırılması daxili bazarda qiymətlərin tənzimlənməsi və optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Fermerlərə təqdim olunan güzəştlərin əsas məqsədlərindən biri də daxili tələbatın daha böyük hissəsinin yerli məhsullar hesabına ödənilməsinə nail olmaqdır”.