2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 257 min 269,35 ton buğda idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37,2% çoxdur.
Cagdas.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən idxalın həcmi dəyər ifadəsində 43% artaraq 57 milyon 895,76 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə buğda idxalının ölkənin ümumi idxal xərclərindəki payı 2,23%-ə yüksəlib (müqayisə üçün: 2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 0,98% idi).
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin fevral ayında idxal olunan buğdanın 1 tonunun orta qiyməti 411,46 manat təşkil edib. Yanvar ayında isə bu rəqəm 395,55 manat idi.(ölkə.az)
| Göstərici | Yanvar 2026 | Fevral 2026 | Artım (İllik) |
| İdxal həcmi (ton) | – | 257 269,35 (cəmi) | +37,2% |
| 1 tonun qiyməti (AZN) | 395,55 | 411,46 | – |
| Ümumi dəyər (USD) | – | 57,89 mln | +43% |
















