Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Azərbaycanda maaş və pensiyalar artırıla bilər

İqtisadiyyat

“Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər oluna bilər. Yəqin ki, mayın sonu iyun ayının əvvəllərində parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunacaq”.

Çağdaş.Az bildirir ki,bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, burada bəzi sosial xərclərin, maaşların və təqaüdlərin artırılması nəzərdə tutula bilər.

“Bundan əvvəlki müzakirələrdə hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələki minimum əməkhaqqı artırılmayıb. Ona görə minimum əməkhaqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%-lik artımlar gözlənilir”.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda isə “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 100 dollardan baha satılır.