• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi

06 İyun, 26 / 12:27
A A

Azərbaycanda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq Ağstafa rayonunda quraşdırılaraq istifadəyə verilib.

Cagdas.az xəbər veriri ki bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Rubicon Water” şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi Peeter Pelisaar, Avstraliyanın “Rubicon Water” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “Lotus Global” MMC-nin direktoru Anar Orucov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, “Rubicon Water” şirkətinin qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Lotus Global” MMC tərəfindən Ağstafa rayonunun Həsənsu kəndi ərazisində yerləşən kanal üzərində tətbiq olunub.

Quraşdırılan sistem 668 hektar kənd təsərrüfatı təyinatlı sahəni əhatə edir və Aşağı Göycəli, Yenigün və Xətai kəndlərinin su təminatına xidmət göstərir. Layihə çərçivəsində SlipMeter SMB-600-1800 tipli idarəetmə qurğusu quraşdırılıb. Cihaz ultrasonik texnologiya əsasında kanaldan keçən suyun həcmini real vaxt rejimində ölçür və məlumatları rəqəmsal sistemə ötürərək su bölgüsündə tam şəffaflığın təmin edilməsinə imkan yaradır. Bununla da Sudan İstifadəçilər Birlikləri və fermerlər arasında su uçotu yüksək dəqiqliklə aparılır, ədalətli növbəlilik prinsipi qorunur və su ehtiyatlarının vaxtında çatdırılması təmin edilir.

Qeyd edək ki, “Rubicon Water” şirkəti suvarma və su idarəetmə texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri hesab olunur. “Rubicon Water” açıq kanallar və aşağı təzyiqli boru sistemləri üçün suyun uzaq məsafədən avtomatlaşdırılıb idarə olunması, ölçülməsi və paylanması üzrə qurğu və proqram təminatının istehsalı, quraşdırılması və texniki xidmətini həyata keçirir. Bu sistem vasitəsilə kanallara 24/7 rejimində həm mütəxəssislər, həm də süni intellekt tərəfindən daimi nəzarət olunur və müvafiq bildirişlər təqdim edilir.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda siqaret bahalaşır

İyun 6, 2026
Cəmiyyət

Sosial şəbəkələrlə bağlı yeni qaydalar nələri dəyişəcək?

İyun 6, 2026
Cəmiyyət

Bu qaydanı bilməyənlər daha çox CƏRİMƏ ÖDƏYİR

İyun 6, 2026
Cəmiyyət

Bakıda söküləcək ərazilər məlum OLDU

İyun 6, 2026
Cəmiyyət

Bu şəhərdə pensiyalar ödənildi – RƏSMİ

İyun 6, 2026
Cəmiyyət

İranla sərhəddə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO

İyun 6, 2026

XƏBƏR LENTİ

Azərbaycanda siqaret bahalaşır

06 İyun, 26 / 13:44

Sosial şəbəkələrlə bağlı yeni qaydalar nələri dəyişəcək?

06 İyun, 26 / 13:25

Bu qaydanı bilməyənlər daha çox CƏRİMƏ ÖDƏYİR

06 İyun, 26 / 13:06

Bakıda söküləcək ərazilər məlum OLDU

06 İyun, 26 / 12:46

Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi

06 İyun, 26 / 12:27

Bu şəhərdə pensiyalar ödənildi – RƏSMİ

06 İyun, 26 / 12:07

ABŞ Hörmüz boğazından 100-dən çox gəmi keçirib

06 İyun, 26 / 11:28

İranla sərhəddə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO

06 İyun, 26 / 11:15

ABŞ İran futbolçularına viza verib

06 İyun, 26 / 10:49

Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşdü

06 İyun, 26 / 10:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.