Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Azərbaycanda tikinti sahəsi ilə bağlı YENİ QƏRAR

Cəmiyyət

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib.

Cagdas.az  bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.

Həmin dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.(ölkə.az)