Azərbaycan ilə Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir.
Cagdas.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Qanunla 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib
















