“Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağını gözləyir”.
Cagdas.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Onun sözlərinə görə, bu addım Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında əsas nəqliyyat və logistika körpülərindən birinə çevrilməsinə imkan verəcək.
Kostanyan qeyd edib ki, kommunikasiyaların açılması 2030-cu ildən daha tez də baş tuta bilər.
Nazir müavini əlavə edib ki, Ermənistan amerikalı tərəfdaşları ilə birlikdə TRIPP layihəsinin başlanması üçün hüquqi hazırlıq işlərini yekunlaşdırır:
“Layihə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə və Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirə bilər. Hazırda layihənin, əsasən də dəmir yolu komponentini əhatə edən texniki-iqtisadi əsaslandırması hazırlanır”.(Referans Media)
















